2 çempionluq şansı, 1 bürünc medal

14:42 16 Oktyabr 2018

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımfinala yüksələn 3 üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.

 

Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Churova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub – 4:1 (28:29, 29:28, 30:27, 30:26, 30:27). O, finalda ingiltərəli Jo Makqraili sınağa çəkəcək.

 

80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. 1/8 finalda türkiyəli Əmir Böyükdağa, 1/4 finalda belaruslu Vladislav Novikova (Belarus) qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə (Rusiya) də gücünü göstərib. Allahverdiyev gərgin keçən döyüşdə 3:2 (27:29, 29:27, 28*:28, 28:28*, 29:27) hesabı ilə qələbə qazanıb. Yığma üzvü çempionluq üçün Patrik Myerslə (İrlandiya) qüvvəsini sınayacaq.

 

Digər boksçumuz Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağır çəkili idmançımız macarıstanlı Levent Kissə uduzub – 1:4 (27:30, 29:28, 27:30, 27:30, 27:30). O, yarımfinalda yarışla vidalaşdığından 3-cü yeri tutub.

 

Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti