Millimizin Norveç sınağı

Sportarena.az      16 Oktyabr 2018, 17:03

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək. 

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşacaq.

 

Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.

 

Qrupun digər oyunlarında İsrail Kosovonu, Almaniya isə İrlandiyanı qəbul edəcək. 

 

Qeyd edək ki, komandamız qrupda keçirdiyi 9 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən gənclərimiz 2 görüşdə heç-heçə edib.

 

16 oktyabr

Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup

 

20:15. Norveç - Azərbaycan
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)
Drammen. "Maryenlist” stadionu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin