Olimpiadada 2 medal şansı

15:01 17 Oktyabr 2018

Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarının boks üzrə yarışlarında yarımfinal görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, finala gedən yolda artıq Azərbaycan millisinin hər 2 üzvü qüvvəsini sınayıb. Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) tailandlı Atiçay Foemsapla ilə üz-üzə gəlib. Avropa çempionumuz ilk görüşündəki uğurunu davam etdirə bilməyib. Yığmamızın bayraqdarı 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Səfərov medal şansını qoruyur. Həmyerlimiz 3-cü yer uğrunda misirli Marvan Mamdou Muhamedlə gücünü yoxlayacaq.

 

69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənov da yarımfinalda büdrəyib. Avropa çempionatının gümüş medalçısı Yassin Elouarza (Mərakeş) məğlub olub – 1:4 (27:30, 27:30, 28:29, 28:29, 29:28). Həsənov bürünc medal üçün özbəkistanlı Caxongir Raxmonovla qarşılaşacaq.


Xəbər xətti