“Neftçi” zirvəyə yüksəldi

17:52 17 Oktyabr 2018

Bu gün futzal üzrə Yüksək Liqada 5-ci turun oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş turun ilk oyununda “Yasamal” FK və “Liman” komandaları qarşılaşıb. Əsasını legionerlər təşkil edilən komandaların duelindən Yüksək Liqanın təcrübəli komandası “Yasamal” FK qalib ayrılıb.

 

Günün ikinci qarşılaşmasında əzəli rəqiblər – EKOL və “Neftçi” İK üz-üzə gəlib. 15-ci dəqiqədə Zaur Fərziyevin qırmızı vərəqə almasından sonra azlıqda qalan EKOL qapısını 19-cu dəqiqəyədək toxunulmaz saxlaya bilib. Rəqibin hesabı açmasına mane ola bilməyən EKOL fasiləyə məblub yollanıb. İkinci hissədə daha fəal çıxış edən EKOL üstünlüyünü qola çevirə bilməyib və mövsümdə ilk məğlubiyyəti ilə barışıb. Hələ ki, xal itirməyən “Neftçi” İK isə zirvəyə yüksəlib.

 

Tura oktyabrın 19-da “Xəzər Cənub” – “Yasamal” İSK dueli ilə yekun vurulacaq.

 

Yüksək Liqa
5-ci tur
17 oktyabr

 

Yasamal FK – Liman 6:0
Qollar: S. Jamali, 05:15, 18:13, S. Cavid, 12:05, H. Reza Bakhshi, 27:00, S. Amini, 31:18, T. Lətifov, 39:40.
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov, Rahin Heybətov.
Bakı İdman Sarayı. Saat 12:30.

 

EKOL – Neftçi İK İB 0:1
Qol: H. Abdollahi, 18:36.
Qırmızı vərəqə: Z. Fərziyev, 14:51 (ikinci sarı).
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Fuad Həsənov
Bakı İdman Sarayı. Saat 14:30.


Xəbər xətti