“Vorskla” erməni futbolçunu Bakıya gətirəcək?

14:00 18 Oktyabr 2018

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 25-də "Vorskla"nı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, Ukrayna klubunun erməni futbolçusu Qeqam Kadimyanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır.

 

Ukrayna mətbuatına yer alan xəbərə görə, 25 yaşlı hücumçu Bakıda baş tutacaq görüşə gətirilməyəcək.

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" ilə eyni qrupda mübarizə aparır.


Xəbər xətti