Millimiz Norveçə darmadağın oldu

17:11 23 Oktyabr 2018

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

 

Sportarena.az xəbər verir ki, Ramin Quliyevin kollektivi bu gün ilk oyununu keçirib. 8-ci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb. Qarşılaşma yığmamızın 1-4 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, komandamızın qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada oynanılacaq.

 

Avropa çempionatının seçmə mərhələsi

8-ci qrup

I tur, 23 oktyabr

 

14:00. Azərbaycan – Norveç - 1:4

Qollar: Musa Qurbanlı, 89 - Herman Gelmuyden, 18 (pen.), Robin Skroqstad, 19, Fredrix Oppeqard, 20, Nils Vallotto, 71
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)
Luşnya. “Roza Haciu” stadionu


Digər xəbərlər

Xəbər xətti