Lider ilk xal itkisi ilə üzləşdi, “Qarabağ” uduzdu

17:49 26 Oktyabr 2018

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub. “Qarabağ”ın əvəzediciləri “Keşlə-2” ilə səfər oyununda məğlubiyyətlə üzləşib. Bu tura qədər itkisiz irəliləyən lider MOİK isə bu dəfə xal itkisi ilə üzləşib. “Hərbçilər” “Ağsu” ilə ev oyunundan heç-heçə ilə ayrılıblar.

 

8-ci tura sabah keçiriləcək “Sabah-2” - “Zirə-2” oyunu ilə yekun vurulacaq.

 

Birinci Divizion
8-ci tur
26 oktyabr

 

Keşlə-2 - Qarabağ-2 3:1
Qol: Bahodir Nasimov, 7; 58-pen. Seymur Əsədov, 42 - Rövlan Muradov, 17.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Samir Hacıyev, Rəsul Babayev
“ASK Arena”

 

MOİK - Ağsu 1:1
Qol: Raul Yaqubzadə, 52 - Elnur Səmədov, 33-pen.
Hakimlər: Mahir Məmmədov, Səbuhi Soltanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

 

Turun digər oyunları:

Zaqatala - Sumqayıt-2 3:1
Qaradağ Lökbatan - Şüvəlan 1:3
Kəpəz - Turan Tovuz 1:3
Neftçi-2 - Səbail-2 1:1


Digər xəbərlər

Xəbər xətti