Gürcü həndbolçular Azərbaycan çempionatında ilk qələbələrini qazandılar

14:22 29 Oktyabr 2018

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, Tiflisdə oynanılan görüşdə “Olimpiya” Bakının “İdman Akademiyası”nı 31:26 üstələyib. Bu, Gürcüstan təmsilçisinin çempionatda ilk qələbəsidi. Komandalar arasında qonşu paytaxtda təşkil olunan ilk qarşılaşmada 24:24 hesablı nəticə qeydə alınıb.

 

Azərbaycan çempionatında mübarizə aparan “Olimpiya” razılaşmaya əsasən, 20 oyundan 10-nu Bakıda, qalanlarını öz yerində keçirəcək.


Xəbər xətti