Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşib

17:48 31 Oktyabr 2018

2019-cu ildə qadınlar arasında boks üzrə dünya çempionatı Rusiyada keçiriləcək. 

 

Sportarena.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bununla bağlı qərar Beynəlxalq Boks Federasiyasının (AIBA) İcraiyyə Komitəsi tərəfindən qəbul edilib. Mundial Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhərində təşkil olunacaq. Rusiyanın Soçi şəhərində isə 7 - 21 sentyabr 2019-cu ildə kişilər arasında dünya çempionatı baş tutacaq. 

 

Qeyd edək ki, 1 - 4 noyabrda Moskvada AIBA-nın Konqresi keçiriləcək. Tədbridə təşkilatın rəhbəri seçiləcək. 


Digər xəbərlər

Xəbər xətti