Rafael Ağayevdən dünya çempionatında qələbə

17:50 7 Noyabr 2018

İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.

 

Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.


Xəbər xətti