ÇL-də 4-cü turun ən yaxşısı adına namizədlər açıqlandı

Sportarena.az      8 Noyabr 2018, 14:00

Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.


Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, 4-cü turun oyunlarından sonra ən yaxşı oyunçu adına Milan Pavkov (“Srvena Zvezda”, Serbiya), Kərim Benzema (“Real”, İspaniya), Riyad Mahrez (“Mançester Siti”, İngiltərə) və Harri Keyn (“Tottenhem”, İngiltərə) namizəddi. Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar Milan Pavkov (“Srvena Zvezda”), Rahim Sterlinq (“Mançester Siti”), Kriştiano Ronaldo (“Yuventus”) və Otavio Edmilsonun (“Portu”) qollarıdı.


Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin