Karateçimiz dünya çempionatının finalında

Sportarena.az      9 Noyabr 2018, 14:37

İspaniyanın paytaxtı Madriddə keçirilən para-karate üzrə dünya çempionatında təmsilçimizin çıxışı uğurlu alınıb.

 

Sportarena.az xəbər verir ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olub və finala yüksəlib. Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq. Qeyd edək ki, para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.

 

Bu gün həm də karate üzrə dünya çempionatında kata və qızlardan ibarət kumite millilərimiz komanda yarışlarında qüvvələrini sınayıb. Lakin onlar müvafiq olaraq Türkiyə və İngiltərə millilərinə uduzublar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin