Həndbol hakimlərimizə yeni təyinat

12:20 10 Noyabr 2018

Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar.

 

Sportarena.az xəbər verir ki, Avropa dərəcəli həndbol hakimlərimiz qadınların Çağırış kubokunun 3-cü mərhələsində “ACME–Jalgris-2” (Litva)–“Qomel” (Belarus) matçını idarə edəcəklər.

 

EHF nümayəndəsi çex Lada Trojkova olacaq. Görüş noyabrın 11-də Litvanın Alitus şəhərinin “Alytaus Arena” kompleksində keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti