Rəhimova İtaliyada növbəti qələbəsini qazanıb

Sportarena.az      12 Noyabr 2018, 11:16

İtaliyada qadın voleybolçular arasında ölkə birinciliyində növbəti oyunlar keçirilib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Pomi" 4-cü turda "Cuneo" klubu ilə qarşılaşıb. Doğma meydanda baş tutan görüş "Pomi"nin üstünlüyü ilə keçib. Polina və rəfiqələri 4 hissə davam edən qarşılaşmada azarkeşlərini sevindiriblər - 3:1 (25:18, 17:25, 25:16, 25:18).

 

Komandasının hesabına 3 xal yazdırdığı matçda hücumçumuz 20 dəfə fərqlənməklə görüşün ən məhsuldar oyunçusu olub. Rəhimova bu xallardan 17-ni hücumda, 2-ni eyslə, 1-ni isə blokda qazanıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin