Rusiyada çıxış edən hücumçumuz ilk turda məğlub oldu

14:40 12 Noyabr 2018

Qadın voleybolçular arasında Rusiya çemponatı start götürün. 


Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın formasını geyindiyi "Leninqradka" 1-ci tur çərçivəsində "Zareçye" klubu ilə qarşılaşıb. Görüş hücumçumuzun komandası üçün yaxşı başlayıb. "Leninqradka" ölkə çempionatında keçirdiyi ilk seti öz xeyrinə başa vurub. Lakin meydan sahibləri bundan artığını bacarmayıblar. Üstünlüyü ələ keçirən qonaqlar ardıcıl 3 hissədə qələbə qazana biliblər. 4 set davam edən görüşdə Liza və rəfiqələri 1:3 (25:20, 20:25, 15:25, 23:25) hesabıyla uduzublar.

 

Sankt-Peterburq təmsilçisinin çempionata məğlubiyyətlə başladığı oyunda Səmədova 9 dəfə fərqlənib. Yığmamızın üzvü xalların hamısını hücumda qazanıb.


Digər xəbərlər

Xəbər xətti