Kristina Yaqubova Finlandiyada sevindi

19:30 19 Noyabr 2018

Finlandiyada çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Yaqubovanın şərəfini qoruduğu "LP Viesti" ölkə çempionatında növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, toppaylayıcımızın komandası 11-ci turda "Kuusamo" kollektivi ilə üz-üzə gəlib.

 

Görüş gərgin başlayıb. İlk hissədə daha dəqiq olan "LP Viesti" seti öz xeyrinə başa vura bilib. Bundan sonra üstünlüyü əldən verməyən voleybolçumuzun komandası quru hesablı qələbəni bayram edib - 3:0 (25:23, 25:21, 25:12). Bu qələbədən sonra xallarının sayını 29-a çatdıran "LP Viesti" vahid liderliyiin davam etdirir.


Digər xəbərlər

Xəbər xətti