Aleksandr Dedov:"Samir Abasov məşqçi kimi aqressivdir" - MÜSAHİBƏ

13:00 26 Noyabr 2018

"Zirə"nin moldovalı futbolçusu Aleksandr Dedov Sportarena.az-a müsahibə verib.

 

- Aleksandr, öncə elə qələbə şərhindən başlayaq...

- Yaxşı oyun alındı. Düzdür, ilk hissədə yaxşı oynamadıq. Lakin fasilədən sonra oyunumuzu düzəltdik və vacib olan qələbəni qazandıq. 

 

- İlk hissədə öz oyununuzu göstərməyə nə mane oldu?

- Bunu şərh edə bilmərəm. Əsas odur ki, fasilədən sonra oyunu öz xeyrimizə dəyişə bildik və daha yaxşı oynamağa, qol epizodları yaratmağa başladıq. Baş məşqçimiz də fasilədə bizə daha yaxşı oynaya biləcəyimizi dedi və biz də bundan dərs çıxardıq.

 

- O, bunu sakit şəkildə dedi, yoxsa aqressiv?

- (gülür). O, məşqçi kimi aqressivdir. Amma fasilədə hər şeyi sakit dedi. Futbolda belə hallar normaldır. Komanda yaxşı oynamayanda baş məşqçi də narazı qalır. Əsas odur ki, onun dediklərindən dərs çıxardıq.

 

- Dubl etməyin sənin üçün gözlənilməz olmadı ki?

- Niyə gözlənilməz olsun ki?

 

- Səhv etirəmsə ilk dublun idi...

- Bəli, ilk dublum idi. Əlbəttə buna görə çox şadam. Ən əsas da odur ki, komanda qələbə qazandı.

 

- İkinci qolu qısaca şərh edərdin. Cərimə zərbəsini vurmamışdan öncə qapıçının həmin küncü boş qoyduğunu nəzərə aldın?

- Demək olar ki, öncədən də həmin küncü nəzərdə tutmuşdum və hər şey də istədiyim kimi alındı.

 

- Bir ara mətbuatda "Zirə"dən ayrılacağına bağlı məlumatlar dolaşırdı. Deyəsən Ayxan Abbasovla yol getmirdin. İndi vəziyyət necədir?

- Özümü "Zirə"də əla hiss edirəm. Komanda ilə maya kimi də müqaviləm var. Gerisi necə olacaq, buna baxarıq. İndidən bu haqda heç nə deyə bilmərəm.

 

Nuh TARVERDİYEV


Digər xəbərlər

Xəbər xətti