Boks yığmamızda baş məşqçi dəyişikliyi

13:41 26 Noyabr 2018

Azərbaycanın kişi boksçulardan ibarət milli komandasında baş məşqçi dəyişikliyi olub. 

 

Sportarena.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı baş məşqçi Leonid Loivski istefaya göndərilib. Onu Vaqif Şirinov əvəzləyib. Şirinov ən azı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək millinin sükanı arxasında olacaq. Komandada böyük məşqçi funksiyasını isə yenə Nəriman Abdullayev yerinə yetirəcək.

 

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmaya rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti