"Mançester Siti" xal itirdi, "Yuventus" və "Real"dan qələbə - YENİLƏNİB

01:54 28 Noyabr 2018

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edəcək. Qrupun digər oyununda "Ayaks" Yunanıstanda AEK-in qonağı olacaq. F qrupunda "Mançester Siti" "Lion"un, Donetsk "Şaxtyor"u "Hoffenhaym"ın qonağı olacaq.

 

Günün ən maraqla gözlənilən oyunlarından biri Romada olacaq. Qrup lideri olan şəhərin eyniadlı komandası "Real"ı qəbul edəcək. G qrupunun digər oyununda Çexiya "Viktoriya"sı SSKA-nın (Moskva) qonağı olacaq. H qrupunda isə "Yuventus" "Valensiya"nı, "Mançester Yunayted" "Yanq Boyz"u qəbul edəcək.



27 noyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur


 
E qrupu

21:55. AEK (Yunanıstan) – “Ayaks” (Hollandiya) - 0:2

Qollar: Tadiç, 68, 72

 

00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya) 4:1

Qollar: A. Robben, 13, 30, 77 Levandovski, 36, 51, Fernandes, 46

 

F qrupu

 

00:00. “Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:2

Qollar: Korne, 55, 81, Laporte, 63, Aquero, 83

 

00:00. “Hoffenhaym” (Almaniya) - “Şaxtyor” (Ukrayna) - 2:2

Qollar: İsmaili, 14, Tayson, 15,9+3, Kramariç, 18, S. Suber, 40

 

G qrupu


21:55. SSKA (Moskva, Rusiya) – “Viktoriya” (Çexiya) 1:2

Qollar: Vlasiç, 10, Proçaska, 56, Heyda, 81

 

00:00. “Roma” (İtaliya) - “Real” (İspaniya) 0:2

Qollar: Beyl, 47, Vaskes, 59

 

H qrupu

 

00:00. “Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya) 1:0

Qol: Mancukiç, 59

 

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Yanq Boyz” (İsveçrə) 1:0

Qol: Fellaini, 90+1


Xəbər xətti