Komandamızın oyunu ispana tapşırıldı

13:40 27 Noyabr 2018

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu sabah avrokubokda ilk görüşünüə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, ölkəmizin qitə miqyaslı yarışlarda yeganə təmsilçisinin 1/16 final mərhələsindəki rəqibi belçikanın "Hermes Oostende" klubudur. "Mister V-Arena Oostende" arenasında baş tutacaq oyunun əsas ədalət təmsilçisi ispaniyalı Alexis Barrasa Fuentesdir. İngiltərəli Dominik Biqaylo isə yardımçı hakim kimi meydana çıxacaq.

 

Qeyd edək ki, "Azərreyl"in ilk görüşü Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. 

 


Digər xəbərlər

Xəbər xətti