Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

17:27 27 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində baş tutacaq "Qarabağ" -"Sportinq" (Azərbaycan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov noyabrın 28-i Bakı Olimpiya Stadionun mətbuat konfransında saat 14:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


 
Rəqib komandanın baş məşqçisi saat 20:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Portuqaliya təmsilçisinin oyunöncəsi son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti