"Sportinq"in hansı futbolçuları "Qarabağ"la matçda iştirak etməyəcək?

22:19 27 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq" Bakıya 19 futbolçu ilə gələcək.

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Marsel Keyzerin sifariş ərizəsinə daxil etdiyi futbolçulardan 3-ü qapıçıdır. Bu isə o deməkdir ki, hollandiyalı mütəxəssisin sərəncamında cəmi 16 sahə oyunçusu olacaq.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil. 4-cü turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb. Bu səbəbdən, hər iki futbolçu zədəlidir.

Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi oyunçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etmədiyindən, onların da meydana çıxması mümkünsüzdür.

 

Qapıçılar: Romen Salen, Renan Ribeyro, Dioqo Souza;

Müdafiəçilər: Sebastyan Koates, Cefferson Moreyra, Andre Pinto, Tyaqo Calo, Bruno Qaspar, Tyerri Korreya;

Yarımmüdafiəçilər: Bruno Fernandeş, Vendel, Radoslav Petroviç, Nemanya Qudel, Miqel Luiş

Hücumçular: Luiş Nani, Karlos Mane, Abdulay Diabi, Bas Dost, Jovane Kabral

 

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyunu saat 21:55-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti