UEFA-dan “Qarabağ”ın rəqibləri ilə bağlı gözlənilməz qərar

Sportarena.az      28 Noyabr 2018, 14:22

UEFA Ukraynanın "Vorskla” və İngiltərənin "Arsenal” klubları arasında Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək oyunla bağlı gözlənilməz qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, sözügedən matçın öncədən Poltavada keçiriləcəyi bəlli olsa da, qitə futbol qurumu son anda bu oyunun Kiyevdə təşkil olunmasına qərar verib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qərar qitə futbol qurumunun fövqəladə hallar üzrə komitəsi tərəfindən qəbul olunub. Səbəb kimi ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib. Beləliklə, qarşılaşma noyabrın 29-da Ukrayna paytaxtındakı "Olimpiyski" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

"Vorskla" və "Arsenal" "Qarabağ"la eyni qrupda yer alıb. Ukrayna təmsilçisi qrupda həm Portuqaliya "Sportinq"i (1:2), həm də Azərbaycan təmsilçisi (0:1) ilə ev oyunlarını Poltavadakı Aleksey Butovski adına stadionda keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin