UEFA-nın komitə sədri “Qarabağ”ın oyununda

17:44 29 Noyabr 2018

UEFA-nın Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mixael Heselşverdt Bakıya gəlib.


Sportarena.az xəbər verir ki, Heselşverdt Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün "Qarabağ"ın "Sportinq"lə keçiriləcək oyununu izləyəcək. Bu barədə Ağdam klubunun rəsmi "facebook" hesabı məlumat yayıb. Mixael Heselşverdt avrokubokların püşkatmasını həyata keçirir.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" matçı saat 21:55-də start götürəcək.


Xəbər xətti