Qurban Qurbanov: "Özümüzü aldatmalı deyilik"

00:14 30 Noyabr 2018

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 5-ci turunda öz meydanında "Sportinq"ə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, Qurbanov matçı belə şərh edib:

Üzücü məğlubiyyət idi. Rəqibin gücünü tam bildik. Bəlkə də, ən yaxşı oyunlarından birini oynadı. Belə komandalara qarşı yaxşı oyun sərgiləmək istəyirik. Ancaq imkan vermədilər. Bu günki oyun, rəqibin bizdən nə qədər üstün olduğunu göstərdi.

 

- Komandanın oyunundan razı qaldız?

- Əlbəttəki, yox.

 

-Ən çox nədən və ya hansı futnolçudan narazı qaldız?

-Hər tərəfli bizdən üstün idilər. "Sportinq" Portuqaliyanın ən yaxşı futbol məktəbidir. Komandanın futbolçu seçimi həddən artıq yüksəkdi. Özümüzü aldatmalı deyilik, bütün komponentlərdə zəifik. Bəzən belə oyunlar da daha istəkli olmuşuq, xarakter göstərmişik.

 

-Bir baş məşqçi kimi, beyninizdə futbolumuzun inkişafı haqda bir plan varmı?
-Bu gün biz hər şeyə real baxmalıyıq. İnkişaf üçün 0-dan başlamalıyıq. "Sportinq" kimi klublar bizdən qat-qat yüksək səviyyədədir. Belə oyunlarda biz təcrübə qazanırıq. Bu gün futbol o səviyyədədir ki, istənilən komanda, istənilən komandanı məğlub edə bilər. Mənə ən çox təsir edən, Bakıda bu hesabla məğlub olmaqdır. Bunu qəbul etməliyik ki, onlar bizdən üstündür. Böyük bir inkişaf olmalıdır ki, belə rəqiblərə qarşı yaxşı mübarizə aparaq. Get-gedə Avropada futbol çox sürətlə inkişaf edir.


Xəbər xətti