"Sportinq"in baş məşqçisi: "Hesabın belə olacağını gözləmirdim"

00:31 30 Noyabr 2018

"Sportinq"in baş məşqçisi Marsel Kayzerin UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ı məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, Lissabon təmsilçisinin çalışdırıcısı matçla bağlı bunları deyib:

 

-Yaxşı qolla hesabı açdıq. İkinci qolda da yaxşı hücum təşkil etdik. Çox yaxşı oyun sərgilədik. Hücumda və müdafiədə yaxşı oynadıq. "Qarabağ"ı çox bəyənirəm. Hesabın belə olacağını gözləmirdim.

 

- Komandanın oyununu neçə xalla dəyərləndirirsiz?
-Yaxşı çıxış etdik. 7-8 ballıq oyun idi.

 

-İstədiyiniz komanda budurmu?
-Qısa müddətdir ki, komandayla birgə çalışırıq. Hələki futbolçularımın oyunumu bəyənirəm. Daha da yaxşı olacağıq.

 

-Son iki oyunda 10 qol vurmusuz, razısızmı, komandanın oyununda?

- Yaxşı oyunlarla daha çox qələbə qazanmaq istəyirik. Yaxşı futbolçularımız var.

 

- "Sportinq" daha yaxşı olmaq üçün nə etməlidir?

- Bu gün 60-70 dəqiqə üstün tərəf biz olduq. Daha çox topla oynamalıyıq. Komanda olaraq daha dəqiq olmalıyıq. Əsas məqamlar topu hara ötürmək və şanslar yaratmaqdı. Bunlar kiçik detallardı.

 

- Vendell bu gün 3 məhsuldar ötürmə etdi. Onda nəyi dəyişmisiz?

- Bu gün əsas heyətə daxil etdim. Məşqlərdə özünü yaxşı doğruldur. Nəyin dəyişdiyini özündən soruşmalısız.

 

- Bəlkə 6 ay sonra yenidən Bakıya gələ bilərsiz, stadionda nəyi bəyəndiz?

-Məni düşündürən növbəti oyundu. Stadiona gəldikdə, yaxşı stadiondur.

 

-Bu oyunda "Qarabağ"da hansı komponent sizi razı saldı?

- İlk hissədə rəqib bizə çətinliklər yaratdı. Cinah müdafiəçiləri də hücuma qoşulurdu. Fasilədə bunu müzakirə etdik və onları dayandırmağı bacardıq.


Xəbər xətti