"Qarabağ"ın rüsvayçı məğlubiyyəti - VİDEO

10:15 30 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsi çərçivəsində 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” Portuqaliyanın “Sportinq” klubunu qəbul edib və 1:6 hesabı ilə uduzub.

 

Aktivində 3 xalı olan Ağdam klubu qrupdan çıxmaq şanslarını itirib.

 

Qrupun digər oyununda Ukraynanın “Vorskla” klubu London “Arsenal”ına 0:3 hesabı ilə uduzub.

 

“Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya) - 1:6
Qollar: Abdullah Zubir, 14 - Bas Dost, 5 (pen.), Brunu Fernandeş, 20, 75, Luiş Nani, 33, Abdulaye Diabi, 65, 81


Digər xəbərlər

Xəbər xətti