Simeon Slavçev: "Oyunun bütün aspektlərində zəif idik"

10:36 30 Noyabr 2018

“Həqiqətən, nə deyəcəyimi bilmirəm. Çox ağır məğlubiyyətdir. Bu gün rəqib daha yaxşı oynadı. Onlar yüksək texnikaya malik idilər və qələbə qazandılar”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq"ə ağır məğlubiyyətdən sonra jurnalistlərə müsahibəsində deyib.

 

Bolqarıstanlı yarımmüdafiəçi 1:6 hesablı məğlubiyyəti şərh edərkən çox məyus olduğunu bildirib.

 

- “Sportinq”ə səfərdə 0:2, “Arsenal”a isə 0:3 hesabı ilə məğlub olmuşdunuz, bu gün isə qapınızda 6 top gördünüz. Bu, rəqibin texniki göstəricilərinin olmasına görə idi?

- Bayaq dediyim kimi, buna cavab verməkdə çətinlik çəkirəm. Biz bacardığımız qədər mübarizə apardıq, amma hesab belə oldu.

 

- Bu gün keçmiş komandanıza qarşı oynadınız. Hansı hissləri keçirdiniz?

- Bu gün köhnə dostlarımdan bir neçəsini gördüm. Özüm üçün onları görmək yaxşı oldu. Ancaq komandamızın bu gün, bu hesabla məğlub olması məni çox məyus etdi. Bizim üçün çox pis gün oldu. Növbəti oyunlarda inkişaf etməliyik, oyunun bütün aspektlərində zəif idik.

 

- Londonda “Arsenal”la görüşə hansı psixologiya ilə gedəcəksiniz? Biz həmin oyunda nəyə ümid etməliyik?

- Çalışacağıq ki, həmin matçda daha yaxşı oyun göstərək və azarkeşlərimizi sevindirək.


Digər xəbərlər

Xəbər xətti