“Matç TV” Bakıdan reportaj hazırladı - VİDEO

14:27 1 Dekabr 2018

Rusiyanın məşhur idman kanalı olan "Matç TV" Bakı haqqında 15 dəqiqəlik süjet hazırlayıb.

 

Sportarena.az xəbər verir ki, süjetdə 2020-ci ildə Bakıda Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa Çempionatının dörd oyunu barədə söz açılıb. Proqramın aparıcısı izləyicilərə Azərbaycan barəsində, ölkəmizdə yetişən meyvələr və ədviyyatlar, həmçinin oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu haqqında məlumat verib.  O, azərbaycanlı xanımların hansı səviyyədə futbol azarkeşi olması ilə maraqlanıb, əfsanəvi Tofiq Bəhramov barəsində maraqlı məlumatlar təqdim edib.

 

Proqramın sonunda AFFA-nın baş katibi Elxan Məmmədov Rusiya millisinə Avro-2020-yə düşməyi və final oyununu Bakıda keçirməyi arzulayıb.


Digər xəbərlər

Xəbər xətti