Soyunma otağında gizli kamera... - Polis hərəkətə keçdi

16:00 6 Dekabr 2018

İspaniyanın 2-ci liqa komandalarından olan "Qranada" yeni qalmaqalla gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, klubun stadionunda rəqib komandalara aid soyunma otağı və hakimlərə aid kabinetdə gizli kameralar tapılıb.Kameralar otaqda gedən danışıqları dinləmək məqsədilə quraşdırılıb. Bu barədə İspaniya polisi məlumat yayıb. Olaya görə klubun keçmiş prezidenti Angel Sequra məsuliyyətə cəlb olunub.

 

Hazırda İspaniyada Futbol Federasiyasının olayla bağlı atacağı addımlar və "Qranada" klubuna sanksiya tətbiq edib-etməyəcəyi müzakirə edilir. (publika.az)


Xəbər xətti