İspaniyanın məşhur futbol klubu satılır - 300 milyon avroya

12:00 7 Dekabr 2018

İspaniyanın “Sevilya” klubunun sahibi dəyişə bilər.

 

Sportarena.az xəbər verir ki, Primera təmsilçisini Çindən olan investorlar almaq istəyir. Asiyalılar klub üçün 300 milyon avrosundan keçməyə hazırdır. İlkin danışıqların müsbət nəticələndiyi və yaxın müddətdə alqı-satqının rəsmiləşəcəyi bildirilir. Klubun indiki sahibləri rəhbərlikdə qalmaq niyyətindədilər.

 

Qeyd edək ki, Primeranin 14 turunda 27 xal toplayan “Sevilya” 2-ci pillədə qərarlaşıb. (Matç.az)


Digər xəbərlər

Xəbər xətti