“Zirvə”nin gimnastları 2 qızıl və 2 gümüş medal qazandı - FOTOLAR + VİDEO

19:15 10 Dekabr 2018

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilib.

 

Sportarena.az xəbər verir ki,yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparıblar. İdmançılar arasında Zirvə “International” İdman Klubunun yetirmələri də yer alıb.

“Zirvə”çi gimnastlar Azərbaycan birinciliyinə qrup yarışları ilə başlayıblar. Komandamız toplam 6.050 xalla 4-cü yeri tutub. Sonra fərdi yarışlara start verilib. Gənclər qrupunda mübarizə aparan Aytac Süleymanlı 18-ci, Fatimə Rzazadə isə 20-ci pillədə qərarlaşıb. Balacalarda 2008-ci il təvəllüdlü qızlar arasında Zəhra Cəfərova 6-cı,2009-cu il təvəllüdlü qzlar arasında Nuray Quliyeva 12-ci, Dəniz Əsgərova 14-cü, Leyla Əliyeva 17-ci, Fidana Həsənova 18-ci olub. 2010-cu il təvəllüdlü qızlar arasında Sevil Hüseynli 17-ci, Dilək Əmrullayeva 19-cu yeri tutub.

Yeniyetmələr qrupunda Aytac Ocaqlı, Fatimə Səmədli, Səriyyə Süleymanlı mübarizə aparıb. Balacalardan ibarət iki komandamız da yarışa qatılıb. Onlardan “Zirvə 1” komandası 7-ci, “Zirvə 2” komandası isə 8-ci yeri tutub.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürüb. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər. Məhz bu yarışda “Zirvə” gimnastları möhtəşəm çıxışı ilə yadda qalıb. Rəfiqə Əliyevanın rəhbərliyi altında çıxış edən qızlarımız 2 qızıl və 2 gümüş medal qazanaraq böyük uğura imza atıblar.

Balacalar qrupunda 2008-ci il təvəllüdlü qızların yarışında Zəhra Cəfərova 24.150 xalla gümüş medal əldə edib. 2009-cu il təvəllüdlü qızların yarışında isə Dəniz Əsgərova 21.250 xalla gümüş medala sahib çıxıb. 2010-cu il təvəllüdlü qızların yarışında Sevil Hüseynli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandalar yarışlarında halqa ilə qrup hərəkətlərdə 2008-2010-cu il təvəllüdlü gimnastlar arasında birinci yeri “Zirve 1” komandası tutub.

 

 



Digər xəbərlər

Xəbər xətti