"Qəbələ" "Sabah"la oyunun hazırlıqlarına başladı

Sportarena.az      12 Dekabr 2018, 00:09

Topaz Premyer Liqasında 2018-2019-cu illər mövsümünü başa vuran “Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” “Sabah”la ilk oyuna Bakıda hazırlaşır. XIV turun “Səbail”lə dekabrın 9-da keçirilən səfər matçından (0:0) sonra paytaxtda qalan komanda məşqlərini ara vermədən sürdürür. Dünən bərpa edici hazırlıq keçən futbolçular bu gün meydanda məşq edib. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” klubunun bazasında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

 

Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Sabah” oyunu dekabrın 16-da baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 14:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin