Ağır atletlərimiz Qətərə yollandı

19:00 20 Dekabr 2018

Qətərin paytaxtı Dohada ağır atletika üzrə “5-ci Beynəlxalq Qətər Kuboku” başlayıb.

 

Sportarena.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edir.Yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında iki qadın atletimiz körpücük üzərinə çıxacaq. Bunlar Səbinə Əzimova (55 kq) və Boyanka Kostovadır (59 kq).

 

Bildirək ki, ağır atletlərimiz artıq Qətərə yollanıb.


Xəbər xətti