Səbinə Əzimova “Qətər Kuboku”nda bürünc medal qazandı

Sportarena.az      20 Dekabr 2018, 23:11

Qətərin paytaxtı Dohada ağır atletika üzrə “5-ci Beynəlxalq Qətər Kuboku” start götürüb.

 

Sportarena.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.Bu gün onlardan biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 74 kq-ı ram edərək bu hərəkətdə gümüş, təkanla qaldırma hərəkətində isə 92 kq-la bürünc medal qazanıb. Toplam 166 kq (74+92) nəticə ilə Səbinə Əzimova yekun sıralamada bürünc medala sahib çıxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin