Azərbaycanlı futbolçunun "Spartak"a keçidi BAŞ TUTMAYA BİLƏR

02:00 22 Dekabr 2018

Rusiya Futbol İttifaqı azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi "Rostov" klubuna ağır cəza verib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, İttifaq komandanın heyətinə yeni futbolçu cəlb etməsinə müvəqqəti olaraq qadağa qoyub. Buna səbəb "Rostov"un sabiq futbolçusu Yevgeni Makeyevə olan borcunu ödəməməsi göstərilib. Bildirilib ki, klub 29 yaşlı müdafiəçiyə borclarını ödəyəcəyi təqdirdə, bu cəza qaldırıla bilər.

 

Qeyd edək ki, Ayaz Quliyevlə Rusiyanın digər klubu "Spartak" yaxından maraqlanır. 22 yaşlı yarımmüdafiəçi məhz mövsümün əvvəlində "Spartak"dan "Rostov"a keçib. Bu cəzanın aradan qaldırılmayacağı təqdirdə, "Rostov" istedadlı oyunçunu komandada saxlaya bilər.


Digər xəbərlər

Xəbər xətti