"Valensiya"dan Ceyson Murilyonu icarəyə götürən "Barselona" ikinci transferini etməyə yaxındı.
Sportarena.az xəbər verir ki, kataloniyalılar "Ayaks"dan Frenki de Yonqun keçidini rəsmiləşdirmək üzrədi.
21 yaşlı yarımmüdafiəçini "Mançester Siti" və PSJ də istəyir. Hətta ingilislər onun üçün "Ayaks"a 66 milyon avro təklif edib. Ancaq de Yonqun "Barselona"ya keçmək ehtimalının daha çox olduğu bildirilir.