Dünyanın ən bahalı futbolçusu seçildi: RONALDO VƏ MESSİNİ QABAQLADI - SİYAHI

14:46 27 Dekabr 2018

Almaniyanın məşhur "Transfermarkt” saytı futbolçuların qiymətlərini yeniləyib.

 

Sportarena.az xəbər verir ki, dünyanın ən bahalı futbolçusu Fransa millisin və PSJ-nin 20 yaşlı ulduzu Kilian Mbappedi. Onu braziliyalı komanda yoldaşı Neymar izləyir. İlk "üçlüy"ü "Barselona"nın argentinalı ulduzu Lionel Messi qapayır.

 

Yayda "Real"dan "Yuventus"a keçən Kriştiano Ronaldo indi dünyanın ən bahalı 16-cı futbolçusudu. Portuqaliyalı ulduzun transfer dəyəri 100 milyon avrodu. 

 

1. Kilian Mbappe (PSJ) - 200 milyon avro

2. Neymar (PSJ) - 180 milyon avro

3. Lionel Messi (Barselona) - 160 milyon avro

4. Məhəmməd Salah (Liverpul) - 150 milyon avro

5. Harri Keyn (Tottenhem) - 150 milyon avro

6. Antoine Qrizmann (Atletiko) - 150 milyon avro

7. Kevin De Bruyne (Mançester Siti) - 150 milyon avro

8. Eden Hazard (Çelsi) - 150 milyon avro

9. Filipe Koutinyo (Barselona) - 140 milyon avro

10. Raheem Sterlinq (Mançester Siti) - 120 milyon avro


Digər xəbərlər

Xəbər xətti