Sabiq məşhur futbolçuya vəzifə verildi

15:21 28 Dekabr 2018

Ukrayna millisinin sabiq baş məşqçisi Oleq Bloxinə yeni vəzifə verilib.

 

Sportarena.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Ukrayna Futbol Federasiyasının (UFF) İcraiyyə Komitəsinin qərarı ilə UFF-nin peşəkar futbolun strateji inkişafı Şurasının həmsədri təyin edilib.

 

Qeyd edək ki, O.Bloxin 2003-2007 və 2011-2012-ci illərdə Ukrayna millisinin baş məşqçisi olub. Son olaraq isə 2012-2014-cü illərdə Kiyev "Dinamo”sun rəhbərlik edib. O, 1975-ci ildə "Qızıl top” mükafatına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti