"Barselona" fransalı futbolçu ilə anlaşdı

11:56 31 Dekabr 2018

"Barselona" PSJ-nin futolçusu Adrien Rabiotla bağlı açıqlama yayıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kataloniyalılar 23 yaşlı yarımüddafiəçinin transferi ilə bağlı Paris təmsilçisi ilə danışıqların başladığını elan ediblər. Açıqlamada həmçinin bildirilir ki, Rabiotla həm avqust ayında, həm də bu həftə görüş keçirilib.

 

Avropa mediası isə "Barselona"nın fransalı futbolçu ilə anlaşdığını yazıb. Hətta PSJ bir neçə gün əvvəl onu heyətdən kənarlaşdırıb.

 

Qeyd edək ki, Rabiot bu mövsüm 20 rəsmi oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


Xəbər xətti