Samir Nəsrinin transferi rəsmən açıqlandı

12:14 1 Yanvar 2019

İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"də məşqlərə çıxan Samir Nəsri klubla rəsmi müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, "çəkicdöyənlər" fransız yarımmüdafiəçiylə mövsümün sonuna kimi saziş imzalayıb. London klubu 31 yaşlı futbolçuya həftəlik 90 min avro maaş verəcək. O, yeni klubunda 18 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” kimi komandalarda çıxış edən Nəsrinin son klubu "Antalyaspor" olub.


Digər xəbərlər

Xəbər xətti