Qriqorçuk “Astana”ya döndü

13:28 3 Yanvar 2019

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubuna kimin rəhbərlik edəcəyi dəqiqləşib.

Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun prezidenti postunu tərk edən Sayan Hamitcanov "Kazfootball”a müsahibəsində açıqlama verib. O bildirib ki, ötən ilin avqustunda "Astana”dan şəxsi işləri ilə əlaqədar ayrılmış baş məşqçi Roman Qriqorçuk geri dönüb:

"Qriqorçuk "Astana”nın baş məşqçisi qismində yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq təlim-məşq toplanışında vəzifəsinin icrasına başlayacaq. Qriqori Babayan baş məşqçinin köməkçisi olaraq qalacaq. "Astana”nın baş məşqçi psotuna namizəd göstərilən Nenand Lalatoviçi tanımıram. Kurban Berdıyevə gəlincə, onun namizədliyinə heç vaxt baxmamışıq. Qriqorçuk və Babayan kimi ixtisaslı məşqçilərimiz olduğu halda, yenisini axtarmaq nəyimizə lazımdı?”

Qeyd edək ki, Roman Qriqorçuk ötən ilin mayında "Qəbələ”nin baş məşqçisi postunu tərk edərək, "Astana” ilə müqavilə bağlayıb.


Digər xəbərlər

Xəbər xətti