Əlcəzairdə futbol matçında insident: 62 nəfər yaralandı

Sportarena.az      3 Yanvar 2018, 13:36

Futbol üzrə Əlcəzair kubokunun onaltıdabir final mərhələsində keçirilən “MC Alger”-“Village Moussa” matçı zamanı azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında baş verən çoxsaylı insident nəticəsində 62 nəfər xəsarət alıb.

Sportarena.az AzərTac-a istinadən xəbər verir ki, xəsarət alanlardan 45-i polis əməkdaşıdır.Bildirilir ki, azarkeşlərin meydana daş və digər yad əşyalar atması, həmçinin baş verən qarşıdurmalar səbəbindən oyun bir neçə dəfə dayandırılıb. Lakin baş hakim matça əlavə edilmiş dəqiqələrdə oyunu tamamilə dayandıraraq futbolçuları soyunub-geyinmə otağına yollayıb.

Əlcəzair Futbol Federasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb. Meydan sahiblərinin ağır cəzalara məruz qalacağı istisna edilmir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin