Qurban Qurbanov dünya reytinqində neçənci yerdədir?

Sportarena.az      3 Yanvar 2018, 14:15

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 1 pillə irəliləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Football World Rankings” saytı məlumat verib.Belə ki, 46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 460-cı sırada yer alıb.

Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir. (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin