Ronaldodan YENİ REKORD

Sportarena.az      3 Yanvar 2018, 15:01

İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun “İnstaqram”ını 150 milyondan çox insan izləyir.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu “İnstaqram”da 150 milyondan çox izləyicisi olan yeganə insandır.“İnstaqram”da izləyici sayına görə ikinci yerdə müğənni Selena Qomes (144,5 milyon), üçüncü yerdə isə müğənni Ariana Qrandedir (141,3 milyon).

 

Ronaldudan əlavə “İnstaqram”da futbolçular arasında 100 milyondan çox izləyicisi olanlar Fransanın “PSJ” klubunun braziliyalı hücumçusu Neymar (108,9 milyon) və İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messidir (105,1 milyon). (Trend)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin