Tanınmış veteran futbolçu zorakılıqda ittiham olunur

23:49 3 Yanvar 2019

Uels yığmasının və İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Kreyq Bellami "Kardiff Siti"nin U-18 komandasının baş məşqçisi postundan müvəqqəti uzaqlaşdırılıb.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, buna səbəb 40 yaşlı sabiq hücumçunun oyunçulara qarşı zorakılıqda ittiham olunmasıdır. İddiaya görə, K.Bellami gənc futbolçuların bir ilə aqressiv davranıb və onu qorxudub. Həmin futbolçu komandadan ayrılsa da, klub bu məsələ ilə bağlı daxili araşdırma aparmağa qərar verib.

 

Uelsli məşqçi isə, öz növbəsində, ittihamı rədd edib.


Xəbər xətti