Kişi voleybolçularımız ilk dəfə Avropa çempionatına yüksəldi

Sportarena.az      6 Yanvar 2018, 10:55

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib.

 

Sportarena.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv buna seçmə mərhələdə G qrupunun V tur matçında Bakıda Lüksemburq üzərində 3:1 hesablı qələbə sayəsində nail olub.Dərnəgüldəki Voleybol Mərkəzində keçirilmiş görüşdə meydan sahibləri ilk seti 25:18, ikincisini 27:25 hesablı üstünlüklə tamamlayıb. Üçüncü seti Lüksemburq 25:21 hesabı ilə öndə bitirsə də, dördüncü set həlledici olub - 25:20. Beləliklə, ümumilikdə 101 dəqiqə davam edən mübarizənin yekununda Azərbaycan millisi xallarını 8-ə yüksəldib. Qrupun digər görüşündə Yunanıstan İsveçə qalib gələrək, xallarını 14-ə yüksəldib. Skandinaviya təmsilçisi 5 xalla 3-cü pillədə qərarlaşıb. 3 xala malik Lüksemburq isə axırıncıdır.

 

Yanvarın 9-da keçiriləcək son turun oyunlarında Lüksemburqla Yunanıstanı, İsveç Azərbaycanı qəbul edəcək. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşdirəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, son tur formal xarakter daşıyacaq.

 

Qeyd edək ki, final mərhələsi 13 - 29 sentyabrda ilk dəfə 4 ölkədə - Fransa, Sloveniya, Belçika və Hollandiyada təşkil olunacaq. İştirakçı sayı isə 16-dan 24-ə qaldırılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin