Karate millimiz 2019-cu ilə başladı

Sportarena.az      8 Yanvar 2018, 15:00

Karateçilərimiz 2019-cu il mövsümünün hazırlıqlarına başlayıb. 

 

Sportarena.az xəbər verir ki, bu məqsədlə yanvarın 5-dən etibarən Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşq toplanışı keçirilir.Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər – Şahin Xudaverdiyev, Qurban Tağıyev (kumite) və Vahid Ayvazovun (kata üzrə baş məşqçi) rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb.

 

Mövsümün ilk təlim-məşq toplanışı yanvarın 21-də başa çatacaq. Karateçilərimiz ayın 23-ü Fransaya – Karate1 Paris Premyer Liqasına yola düşəcək. İlboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə  Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin, martın sonunda İspaniyanın Qvadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

 

Qeyd edək ki, Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri də daxil olmaqla, bu rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə, Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin