"Çelsi" Benzemanı transfer etmək niyyətindədir

Sportarena.az      9 Yanvar 2018, 18:00

İngiltərənin “Çelsi” klubu hücumçu axtarışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, London klubu bu məsələni qış transferi dövründə həyata keçirməyi nəzərdə tutur. Əsas namizədlərdən biri “Real Madrid”in fransalı forvardı Kərim Benzemadır.

 

Benzemanın “zadəganlar”ın maraq dairəsində olmasına dair xəbərlərə idman mətbuatında əvvəllər də rast gəlinirdi. Fransalı hücumçunun “Paris Sen-Jermen”in diqqət mərkəzində olduğu da məlumdur.

 

Hücumçu 2009-cu ildən “Real”ın formasını geyinir. O, klubla birlikdə 17 dəfə mükafata sahib olub. Cari mövsümdə İspaniya çempionatında 18 oyunda meydana çıxan 31 yaşlı futbolçu 7 qol vurub və 2 məhsuldar ötürmə verib./AZƏRTAC/

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin