“Spartak” azərbaycanlı futbolçu ilə müqavilə imzaladı

14:40 10 Yanvar 2019

Rusiyanın “Spartak” klubu “Rostov”un azərbaycanlı futbolçusu Ayaz Quliyevin keçidini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.Futbolçu “Spartak”la uzunmüddətli müqavilə imzalayıb.

 

A. Quliyev “Spartak” futbol məktəbinin yetirməsidir. 2017-ci ildə o, icarə əsasında “Anji”yə keçib. Ötən il isə 22 yaşlı yarımmüdafiəci “Rostov”la müqavilə imzalayıb. O bu klubda cari mövsüm 15 matç keçirib, bir qola və iki məhsuldar ötürməyə imza atıb.


Digər xəbərlər

Xəbər xətti